По вопросам рекламы: roy.vedomostiaz@gmail.com, Тел: +994 50 602 01 64
Bazar, Yanvar 29, 2023
Vedomosti.Az
  • Ana səhifə
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Ordu
  • İdman
  • Müsahibə
No Result
View All Result
  • Ana səhifə
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Ordu
  • İdman
  • Müsahibə
No Result
View All Result
No Result
View All Result

XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib

04.10.2022
Поделиться на FacebookПоделиться на Whatsapp Поделиться на Telegram

“Sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-ə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb”.

bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Qərb dövlətlərinin rəsmilərinin, sosial şəbəkəkərdə guya Azərbaycan Silahlı Qüvvələrinin törətdiyi hərbi cinayətlər kimi təqdim edilən videolarla bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

Azərbaycan Ermənistana 10 hərbçinin meyitini təhvil verib

Polşa və Fransa XİN rəhbərləri Ermənistan və Azərbaycan sərhədində son hadisələri müzakirə ediblər

Bayramov və Mirzoyan XİN rəhbərləri oktyabrın 2-də Cenevrədə görüşəcək

O söyləyib ki, sosial şəbəkələrdə yayılan videoların araşdırılması ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən hələ bir müddət öncə hərtərəfli araşdırmanın başlanılması ilə bağlı bəyanat verilmişdi: “Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılmışdı. O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər? Günü bugün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər? Böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb”.

L.Abdullayeva bildirib ki, Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər: “Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir”.

Tags: AzərbaycanLeyla AbdullayevaXİN Azərbaycan

Читайте также:

Siyasət

Azərbaycan Ermənistana 10 hərbçinin meyitini təhvil verib

27.10.2022
Ordu

Ordumuzun mövqeləri atəşə tutulub

25.10.2022
Cəmiyyət

Laçında 2 nəfər minaya düşərək xəsarət alıb

21.10.2022
Siyasət

Azərbaycan XİN-ə yeni sözçü təyin olunub

20.10.2022
Cəmiyyət

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il keçir

17.10.2022
Cəmiyyət

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

17.10.2022
Load More

Discussion about this post

Читайте нас в FACEBOOK

TOP-10

    Vedomosti.az – информационный ресурс, который обещает быть интересным, не опускаться до желтизны, сохранять высокую планку
    E-mail: info@vedomosti.az
    По вопросам рекламы и сотрудничества: roy.vedomostiaz@gmail.com

    • RURU
    No Result
    View All Result
    • Ana səhifə
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Müsahibə
    • Ordu
    • Siyasət

    © 2020 Vedomosti.az by Roymustafa.