Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.
Hadisə nəticəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızı dünyasını dəyişiblər.