Ведомости Азербайджана
  • В мире
  • Политика
  • Общество
  • Экономика
  • Армия
  • Технологии
  • Культура
  • Спорт
  • Наука
  • Интервью
  • Автоnews

    В автомобилях Jeep нашли дефект, способный вызвать пожар

    Mitsubishi анонсировала возвращение внедорожника Pajero

    Mitsubishi анонсировала возвращение внедорожника Pajero

    Ferrari Luce стал первым электромобилем в истории марки

    Ferrari Luce стал первым электромобилем в истории марки

    Южная Корея запретила поставки автомобилей в Россию

    В США объявили массовый отзыв Hyundai из-за риска внезапного торможения

    Xiaomi представила сверхмощный электрокроссовер YU7 GT

    Xiaomi представила сверхмощный электрокроссовер YU7 GT

    Honda отзовет почти 721 тыс. автомобилей в США из-за риска возгорания

    Honda Motor свела свои операции с первым дефицитом с 1957 года

    Nissan приостановит производство автомобилей в России

    Nissan сократит 10% рабочих мест в Европе

    Трагедия на шоу монстр-траков: автомобиль вылетел с трассы в зрителей

    Трагедия на шоу монстр-траков: автомобиль вылетел с трассы в зрителей

    Volkswagen может наладить сборку китайских автомобилей в Китае

    Volkswagen может наладить сборку китайских автомобилей в Китае

No Result
View All Result

NK-nın gələn il üzrə büdcə layihələrinin müzakirəsinə həsr olunan iclası keçirilib

22.09.2022
NK-nın gələn il üzrə büdcə layihələrinin müzakirəsinə həsr olunan iclası keçirilib
Поделиться на FacebookПоделиться на Whatsapp

Sentyabrın 22-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, iclası açan Baş nazir Ə.Əsədov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsini ehtiramla yad etdi, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi. Qeyd edildi ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Baş vermiş təxribata və artan gərginliyə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü bildirildi.

Xüsusi vurğulandı ki, baş vermiş təxribatlar fonunda ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və onun daim lazım olan səviyyədə saxlanılması dövlətimizin, o cümlədən Hökumətin birbaşa qarşısında duran əsas və zəruri olan məsələlərdəndir.

Qeyd edildi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.

Diqqətə çatdırıldı ki, bütövlükdə, 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanmışdır.

2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrıldığı bildirildi.

Həmçinin vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermiş, həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə alınmışdır.

Ölkəmizin uğurlu inkişafından söz açan Baş nazir bu müsbət tendensiyanın cari ilin 8 ayının nəticələrində özünü təsdiqlədiyini vurğuladı. “Belə ki, 8 ayda iqtisadi artım 5,8%, o cümlədən qeyri-neft sektoru üzrə 10,3% artmış, qeyri-neft sənayesində 9% artım qeydə alınmışdır. Xarici ticarət dövriyyəmiz 35 mlrd. dollar təşkil etmişdir”, — deyə Baş nazir bildirdi.

Qeyd edildi ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırdı. Bildirildi ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.

Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğu vurğulandı. Qeyd edildi ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

Bildirildi ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaqdır.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılmasının əsas hədəflərdən biri kimi müəyyən edildiyi diqqətə çatdırıldı. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edildi.

Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi çağırışların, istehsal zəncirində qırılmaların, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsinin dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə ərzaq məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olduğu diqqətə çatdırıldı.

Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyətin əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırdığı bildirildi.

Diqqətə çatdırıldı ki, hazırda qlobal miqyasda da əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi də artırılacaqdır. O cümlədən Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulduğu qeyd edildi.

Eyni zamanda dövlət baçşısının tapşırıqlarına əsasən, kənd təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri olduğu vurğulandı. Bildirildi ki, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırıldı.

Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında məruzələrlə çıxış etdilər.

Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” layihələrində nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verildi.

Tags: Əli Əsədov

Из этой рубрики

Без рубрики

В Турции по делу о наркотиках задержаны ещё 14 известных лиц

09.04.2026
Без рубрики

В США утвердили выпуск золотой монеты с портретом Дональда Трампа

20.03.2026
Израиль рассчитывает, что МУС не выдаст ордера на арест израильских чиновников
Без рубрики

Кац объявил о переходе войны с Ираном в решающую фазу

14.03.2026
Число погибших в результате извержения вулкана в Индонезии возросло до 13
Без рубрики

В Индонезии произошло шесть извержений вулкана Семеру

11.12.2025
Без рубрики

Сенат США одобрил военные расходы на 2026 год в размере $925 млрд

10.10.2025
Мерц потребовал от России €500 млрд компенсации Украине
Без рубрики

Немцы разочаровались в Мерце — довольны лишь 23%

27.09.2025
Please login to join discussion

Последние новости

Салах установил историческое достижение на чемпионате мира в день 34-летия
Спорт

Салах установил историческое достижение на чемпионате мира в день 34-летия

16.06.2026
США не будут «авансом» снимать санкции с Ирана
Политика

ЦРУ предупредило Трампа: Иран может не выполнить обещания по ядерной сделке

16.06.2026
Спорт

Неймар пропустит матч сборной Бразилии против Гаити на чемпионате мира

16.06.2026
Жена премьер-министра Армении сообщила о расставании с мужем
Спорт

Акопян представит Армению на ежегодном форуме Всемирной академии первых леди

16.06.2026
В Таджикистане произошло повторное землетрясение
В мире

Индонезия пережила сильное землетрясение

16.06.2026
Иран и Новая Зеландия не выявили победителя в игре группового этапа ЧМ-2026
Спорт

Иран и Новая Зеландия не выявили победителя в игре группового этапа ЧМ-2026

16.06.2026
Пред След

Теги

inosmi trend Азербайджан Армения Байден Баку Беларусь Великобритания Владимир Путин Германия Грузия Евросоюз Зеленский Израиль Илон Маск Ильхам Алиев Индия Иран КНДР КНР Казахстан Карабах Китай Лавров МИД Азербайджана Макрон НАТО ООН Пашинян Польша Путин РФ Россия США Трамп Турция Украина Франция ХАМАС Эрдоган Япония землетрясение коронавирус санкции сектор Газа
No Result
View All Result

Наука

Археологи обнаружили в Ирландии поселение викингов
Наука

Археологи обнаружили в Ирландии поселение викингов

by Vedomosti.az
14.06.2026
0

Археологи обнаружили в Ирландии поселение викингов, которое может оказаться крупнейшим в истории страны. Раскопки в Вудстауне на юго-востоке острова выявили остатки огромного здания, предположительно служившего...

В джунглях Амазонки обнаружен паук, маскирующийся под «зомби-гриб»

В джунглях Амазонки обнаружен паук, маскирующийся под «зомби-гриб»

09.06.2026
Китайские ученые обнаружили новый минерал в образцах лунного грунта

Редкое астрономическое явление ожидается уже через несколько дней

05.06.2026
В США приняли закон о рассекречивании сведений об НЛО

Разведчик, заявивший о встрече с инопланетянами, готовит новые откровения

05.06.2026
В Гималаях открыли новый вид «улыбающегося» паука

В Гималаях открыли новый вид «улыбающегося» паука

20.05.2026
Ученые назвали самую пьющую страну

Addiction: Потребление алкоголя связано с развитием более 60 заболеваний

15.05.2026

Рекомендуем

Скандал вокруг формы Гаити: ФИФА потребовала убрать революционный сюжет

Южная Корея начала чемпионат мира с волевой победы над Чехией — 2:1

США встревожены: Грузия может сблизиться с Россией и Китаем

После первого обзора программы МВФ Армении стали доступны еще $25 млн

Нападение выходца из Судана с ножом спровоцировало акции протеста по всей Британии

Ведомости Азербайджана

Новостной портал с акцентом на точность и оперативность. Публикуем главные события дня и делимся эксклюзивными мнениями. Все главные новости и особые мнения в одном месте. Мы следим за событиями, чтобы вы всегда оставались в курсе.

Салах установил историческое достижение на чемпионате мира в день 34-летия

Салах установил историческое достижение на чемпионате мира в день 34-летия

16.06.2026
США не будут «авансом» снимать санкции с Ирана

ЦРУ предупредило Трампа: Иран может не выполнить обещания по ядерной сделке

16.06.2026

Неймар пропустит матч сборной Бразилии против Гаити на чемпионате мира

16.06.2026
Жена премьер-министра Армении сообщила о расставании с мужем

Акопян представит Армению на ежегодном форуме Всемирной академии первых леди

16.06.2026
В Таджикистане произошло повторное землетрясение

Индонезия пережила сильное землетрясение

16.06.2026

Неймар пропустит матч сборной Бразилии против Гаити на чемпионате мира

16.06.2026
Жена премьер-министра Армении сообщила о расставании с мужем

Акопян представит Армению на ежегодном форуме Всемирной академии первых леди

16.06.2026
В Таджикистане произошло повторное землетрясение

Индонезия пережила сильное землетрясение

16.06.2026
Иран и Новая Зеландия не выявили победителя в игре группового этапа ЧМ-2026

Иран и Новая Зеландия не выявили победителя в игре группового этапа ЧМ-2026

16.06.2026
Более 10 тыс. силовиков задействованы в Исламабаде перед встречей США и Ирана

Вэнс анонсировал публикацию соглашения между Вашингтоном и Тегераном

15.06.2026

Подпишитесь на нашу рассылку, чтобы получать ежедневные обновления прямо на свой почтовый ящик.!

© 2019 -2024 Vedomosti.az. Все права защищены.

Свяжитесь с нами:  [email protected] / [email protected]

No Result
View All Result
  • В мире
  • Политика
  • Общество
  • Экономика
  • Армия
  • Технологии
  • Культура
  • Спорт
  • Наука
  • Интервью
  • Автоnews

© 2015 -2024 Vedomosti.az. Все права защищены.