Gürcüstanın paytaxtı Tbilisidə polis əməkdaşları Azərbaycanın səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinin qarşısını alıb.
“Aysor” saytının xəbərinə görə, məlumatı “Gürcüstanın erməni icması” təşkilatı yayıb.
Bildirilib ki, erməni icmasının nümayəndələri bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin binası qarşısına yürüş etməyə cəhd göstəriblər.
Təşkilatın sədri Artur Mirzoyan həbs edilib.
Discussion about this post